Friday, 5 February 2016

Persepol Terrası: Memarlıq və Relyefi haqqında

E.ə. 518-ci illərdə Böyük Dara tərəfindən əsası qoyulmuş Persepoldakı möhtəşəm saray kompleksi hələ bir əsr keçdikdən sonra inşası başa çatmışdı. Əhəməni şahları üçün idarəetmə, qəbul və  təntənəli şənliklərin keçirildiyi mərkəz olaraq düşünülmüşdü. Fars imperiyasının sərvəti onun inşaat sahəsinin bütün aspektlərində açıq şəkildə özünü göstərirdi. Persepolun əzəmətli görkəmi var idi lakin onun ömrü qısa oldu. E.ə. 331-330-cu illərdə Saray Makedoniyalı İsgəndər tərəfindən talan edilmiş və yandırılmışdı. Şəhərin xarabalıqları Çikaqo Universitetinin Şərqşünaslıq İnstitutunun sponsorluq etdiyi arxeoloji ekspedisiyaya qədər qazılmamışdı. Ekspedisiyaya 1931-1934-cü illərdə Ernst Herzfeld, 1934-1939-cu illərdə isə  Erich F. Schmidt başçılıq etmişdir.

Tuesday, 21 July 2015

Fransız Eklektik Memarlığı


“Pacific Northwest”-də Colonial və ya Tudor memarlığı qədər məşhur olmayan lakin Fransız memarlığının ruhunu hiss edə biləcəyiniz çoxlu sayda nümunəvi tikililər görə bilərsiniz. Fransız Eklektik üslubu, Fransız Provincial(Yerli) və ya Fransız Chateau(Saray) adı ilə tanınmış 

Friday, 10 July 2015

Tudor üslubu


Tudor üslubu erkən İngilis memarlıq ənənəsinin bir qolu sayılır. Bu üslub XIV-XVI əsrləri əhatən edən sadə cammatın evindən tutmuş hətta saraylarda belə öz əksini tapmışdır. 

Wednesday, 8 July 2015

Lüdviq Mis Van Der Roe



Sadə formaları ilə müasir memarlığa ən çox təsir edən layihəçilərdən biri olmuşdur. “Less is more” yani “Az çoxdur” fikrini ilk dəfə o irəli sürmüşdür. Modernizmin atası olaraq da qəbul edilən Rohe, dünya miqyasında tanınan Alman memarlardan biridir. 27 Mart 1886-da Almanyada,

Thursday, 2 July 2015

Jan Nuvel


Jan Nuvel (Jean Nouvel) tez-tez  Le Korbyuze ilə müqayisə edilir. Le Korbyuze dövrümüzün ən əsas tanınmış memarıdır. Nuvel görünüşcə dəbli və səliqə ilə qırxılmış başı, qüsursuz qara pencəyi ilə fərqlənir. Jan Nuvel böyük fransız memar və avropalı intellektual, sağlığında dahi bilinən bir şəxsiyyət kimi görünür və hərəkətlərində olduğu kimi də davranır.
O dünyanın ən varlı memarlarından sayılır və adı britaniyalı Norman Foster ilə yanaşı hallanır. Nuvel 1980-ci illərin sonlarında High-Tech memarlığını yenidən
dəb halına gətirmişdir. Nuvel müasir dünya memarlığının sütunu və eyni zamanda əsas tənqidçisi sayılır.


Fond Cartier

Keçidlər:
http://www.lookatme.ru/mag/people/icon/201065-jean-nouvel

Wednesday, 1 July 2015

Aldo Rossi


Aldo Rossi 1972-1988 illərin ən nüfuzlu memarlarından biri olmuşdur. Onun işlərinə təkcə doğma vətəni İtaliyada deyil, həm də Almaniya, Yaponiya, ABŞ və başqa dünya ölkələrində rast gəlmək mümkündür. Milan yaxınlığında yerləşən Gallaratese kvartalının tikintisi Rossinin ilk yaşayış kompleksi layihəsi olmuşdur.  Daha sonra fərdi ev, çoxmənzilli binalar və otellər kimi kifayət qədər çoxlu sayda layihələrin müəllifi olmuşdur. 1979-cu ildə memarın 250 nəfərlik tamaşaçı üçün nəzərdə tutulmuş Teatro del Mondo teatrının dizaynını Venesiya Biennale üçün yenidən işləmək şansı yaranmışdı. Rossi memarlığın bitdiyi və təxəyyülün başlandığı bir dünya xarakterizə etmişdir.
Aldo Rossinin karyerasının əsas istiqamətlərindən biri də dizayn sahəsində fəaliyyəti olmuşdur. Gündəlik istifadə etdiyimiz əşyalara bizi təəccübləndirəcək qədər incəlik verməyi bacarmışdır.

Rossi Hollandiyada Maastrixtdə yerləşən Bonnefanten Muzeyinə görə 1990-ci ildə nüfuzlu Pritzker mükafatına layiq görülmüşdü.

Keçidlər: 
http://www.arhinovosti.ru/2012/05/29/filosofiya-v-arkhitekture-aldo-rossi/


Friday, 3 April 2015

Emosional Memarlıq


Luis Barraqan (1902-1988)  Meksikanın ən nüfuzlu 20-ci əsrin memarlarından biri olmuşdur. O fəzanın işıqla münasibətində ustalıq nümayiş etdirərək “beynəlxalq üslubu” Meksikan modernizminin rəngarəng və həssas janrı kimi yenidən işləmişdir.

Bina və təbiətin sıx əlaqədə olması Luis Barraqanın memarlıq planlaşdırılmasının vacib xüsusiyyəti idi. Evin daxilindəyik yoxsa xaricində. Çox zaman harada olduğumuzu bilmək olmur.
Uşaqlıq dövründən bəri memarı çox rəngarəng və mənzərəli təbiət əhatə edirdi. Qırmızı torpağı, dağlarla əhatələnmiş relyefi, tez-tez müşahidə olunan gün batımı mənzərəsi və intensiv yağan leysan yağışı Barraqanın yaddaşında silinməz təəssüratlar qoymuşdu və bütün bunlar onnun işlərindən təsirsiz ötüşməmişdi.
Luis Barraqan 1902-ci ildə Meksikanın şimal-qərbində